Makron türk dilində başsağlığı verdi: “Terrorla mübarizədə yanınızdayıq” – FOTO

Dünya

Fransa Prezidenti Emmanuel Makron 13 noyabr terror aktı ilə bağlı Türkiyəyə başsağlığı verib.

Makron bununla bağlı “Twitter” hesabında türk dilində paylaşım edib.

“Millətimiz üçün çox həssas olan bu gündə, 13 noyabr 2015-ci il tarixində həyatını itirənləri yad etdiyimiz bir zamanda, türk xalqı da qəlbindən – İstanbuldan hücuma məruz qaldı.

Türk xalqına mesajımız: Acınızı paylaşırıq. Başınız sağ olsun! Terrorla mübarizədə yanınızdayıq”, – deyə o, paylaşımda qeyd edib.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir