Əfqanıstanla sərhəddəki “Spin-Boldak-Çaman” keçid məntəqəsi ərazisində baş verən atışma nəticəsində Pakistan Sərhəd Korpusunun bir əsgəri həlak olub, daha ikisi yaralanıb.
Əfqanıstan təhlükəsizlik qüvvələrinin nəzarət-buraxılış məntəqəsində vəzifəsini yerinə yetirən pakistanlı sərhədçilərə atəş açdığı iddia edilir. Əfqanıstan tərəfinin itkiləri barədə məlumat verilmir.
Pakistan hakimiyyəti nəzarət-buraxılış məntəqəsinin işini dayandırıb və Əfqanıstanın hadisəni törədənləri ekstradisiya etməsinə qədər onu bərpa etməyi planlaşdırmır.
Kabil tərəfindən bildirilib ki, Pakistan sərhədçilərinə hücumu taliblərin geyimində olan naməlum terrorçular həyata keçirib.
Mənbə: TASS
www.102info.az