Baku TV-nin Ukraynadakı əməkdaşı: “Kiyevin hava hücumdan müdafiə sistemi gücləndirilir” – VİDEO

Dünya

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Kiyevdə ötən gündən etibarən dayanmadan həyəcan siqnalı verilir.

Qeyd edilib ki, sentyabrdan bəri Rusiya ordusunun İran dronları və raketlərlə hücumlarından sonra Kiyevin hava hücumdan müdafiə sistemi daha da gücləndirilir.

Məlumata görə, Kiyevdə yaxın həftələrdə zədələnmiş enerji infrastrukturunun bərpa olunmasa, qışa doğru hazırkı enerji məhdudiyyətləri bir qədər də artırılacaq

O da bildirilib ki, Ukrayna Ordusu Xersonun işğaldan azad olunmuş ərazilərində təhlükəsizliyin təmin olunması tədbirlərini həyata keçirir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir