Çində kişi pəncərədən yıxılan uşağı havada tutdu – VİDEO

Dünya

Çində yerli sakin pəncərədən yıxılan uşağı havada tutub.

Baş verənlərin görüntüsü sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, hadisə Quandun əyalətində baş verib.

Kadrlardan görünür ki, avtomobilinə əyləşməyə hazırlaşan gənc qışqırıq eşidir və başını səs gələn tərəfə – yuxarı qaldırır. Bu zaman uşağın yıxıldığını görən kişi əllərini açaraq uşağı havada tutmağa çalışır.

Uşaq xəsarət almayıb, ancaq onu xilas edən şəxsin əzələsi dartılıb.

“Uşağın təhlükəsizliyi ən vacib şeydir. Gələcəkdə yenidən oxşar vəziyyətin şahidi olsam, yenə köməyə gedərəm”, – deyə kişi baş verənlər barədə danışıb.

Mənbə: Gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir