Paşinyan və Blinken Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsini müzakirə ediblər

Dünya

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, onlar Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına dair fikir mübadiləsi aparıblar.

Tərəflər Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirilən görüşünü müzakirə ediblər.

Blinken ABŞ-nin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dəstəyini davam etdirməyə hazır olduğunu bildirib.

Paşinyan və Blinken regional təhlükəsizlik və humanitar məsələlərin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.

Mənbə: Sputnik Ermənistan

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir