İstanbulda İstiqlal küçəsində terror aktından sonra bütün skamya və ağaclar yığışdırılıb – FOTO

Dünya

Türkiyənin İstanbul şəhərinin mərkəzi İstiqlal küçəsində bu gün yerli vaxtla saat 06:00-dan etibarən piyadaların və tarixi tramvayın hərəkəti bərpa olunub.

Terror aktının törədildiyi və Türkiyə meqapolisinin sakinləri, eləcə də əcnəbilər arasında populyar olan piyada zolağından ötən gecə 150 ​​ağac çıxarılıb. Həmçinin ağacların yerləşdiyi beton dibçəklər də yığışdırılıb.

Eyni zamanda bazar ertəsi İstanbul səlahiyyətlilərinin əmri ilə küçədəki bütün skamyalar yığışdırılıb.

Qeyd edək ki, hücum nəticəsində altı nəfər həlak olub, 80-dən çox insan yaralanıb. İstintaq məlumatlarına görə, İstanbulda törədilən partlayışda Türkiyədə qadağan olunmuş PKK və onun Suriya qolu olan Xalq Özünümüdafiə Qüvvələrinin əli var.

Mənbə: TRT telekanalı

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir