Azərbaycan əsilli iranlı futbolçu DÇ-2022-yə getməkdən imtina etdi – FOTO

Dünya

İran millisinin Azərbaycan əsilli keçmiş futbolçusu Əli Daei Qətərdə keçiriləcək dünya çempionatına getməyəcək.

Bu barədə 53 yaşlı veteran idmançı öz “Instagram” hesabında paylaşım edib.

“Çoxumuz üçün çətin olan bu günlərdə mən həyat yoldaşım və qızlarımla çempionata getməkdən imtina etdim. Ölkəmizdə sizinlə olmaq istədim. Yaxınlarını itirən ailələrə başsağlığı verirəm. İran və iranlılar üçün daha parlaq günlər ümidi ilə…” – deyə o, paylaşımında qeyd edib.

Niderland millisinin əfsanəvi futbolçusu Klarens Zidorf futbolçunun paylaşımına münasibət bildirib. O, Əli Daeini İran xalqının mənəvi lideri adlandırıb.

“Mən sizin cəsarətinizə, xeyirxahlığınıza və liderliyinizə heyranam. Sizə tezliklə sülh arzulayıram. Sizi, ailənizi və İrandakı bütün qardaş və bacılarımızı çox sevirəm”, – deyə o bildirib.

Bundan əvvəl Əli Daeinin ölüm cəzasına məhkum edildiyi bildirilib.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir