Gürcüstanda İsrail vətəndaşını öldürməyi planlaşdıran bir qrup şəxs saxlanılıb.
Bu barədə məlumatı Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti yayıb.
Faktla bağlı ikili – Gürcüstan və İran vətəndaşlığı olan şəxslərin saxlanıldığı qeyd edilir:
“Aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Pakistan vətəndaşlığı, habelə ikili İran-Gürcüstan vətəndaşlığı olan şəxslər saxlanılıblar. Xaricdə yaşayan təşkilatçılar, o cümlədən qətlin sifarişçisi olduğu ehtimal edilən İran vətəndaşı və digər iştirakçılar müəyyən olunublar, onların barələrində kompleks əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
İstintaq müəyyən edib ki, Pakistan vətəndaşı Gürcüstana ölkədə olan İsrail vətəndaşını öldürmək məqsədi ilə gəlib. Silahı ona ikili vətəndaşlığı olan şəxslər veriblər.
“İş üzrə aparılan əməliyyat-axtarış tədbirləri zamanı cinayətin törədilməsində iştirak edən və ona köməklik göstərən digər şəxslər də müəyyən ediliblər”, – istintaq orqanından qeyd edilib.
Mənbə: Apsny.ge
www.102info.az