Pakistanın baş naziri üçüncü dəfə koronavirusa yoluxub

Dünya

Pakistanın Baş naziri Şahbaz Şərif yenidən koronavirusa yoluxub.

Bu barədə Pakistanın informasiya və teleyayım naziri Meryem Auranqzeb “Twitter” səhifəsində məlumat verib.

“Son bir neçə gündə Şərif özünü yaxşı hiss etmirdi və COVID-19 üçün test verdi. Nəticə müsbət çıxdı”, – deyə Auranqzeb bildirib.

Şahbaz Şərif 2020-ci ilin iyununda və 2022-ci ilin yanvarında da koronavirusa yoluxmuşdu.

Mənbə: Anadolu Agentliyi

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir