BMT-dəki İran gündəmində azərbaycanlıların hüquqları da müzakirə olunmalıdır – ŞƏRH

Dünya

İranda insan hüquqlarının vəziyyəti faciəvi hal aldıqca BMT də narahatlığını ifadə edir. BMT-nin İnsan Hüquqları Şurası molla rejiminin etirazçılara qarşı amansız davranışı və nümayişçiləri öldürməsindən narahatlıq keçirir.

Buna görə də noyabrın 24-də BMT-nin İnsan Hüquqları Şurası “İranda insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsi” mövzusunda Almaniya və İslandiyanın müraciəti əsasında xüsusi sessiya keçirəcək.

İran fundamental insan hüquq və azadlıqlarının kobud pozulduğu ölkələrin önündə gedir. Lakin molla rejimi bunu ört-basdır etmək üçün dəridən-qabıqdan çıxır.

İranda hüquqları pozulanlar sırasında azərbaycanlılar da var, hökumət onlara ana dilində təhsil hüququ belə, tanımır.

Ona görə də BMT-də azərbaycanlılara qarşı ayrı-seçkilik, onların təqib edilməsi də müzakirələrin gündəmində yer tutmalıdır.

İran təkcə insan haqlarına qarşı meydan oxumur, teokratik rejim həm də azərbaycanlılara məxsus təbii sərvətlərə də düşmən münasibət sərgiləyir.

Urmiya gölündə yaranan problemlərin qarşısının bilərəkdən alınmaması fars rejiminin təbiətə də düşmən münasibətinin göstəricisidir.

İranın insanlığa və təbiətə qənim kəsilməsi təəccüblü deyil, çünki Tehran terroru dəstəkləyən ölkələrdəndir. O, terror niyyətlərini Türkiyə ərazisində də həyata keçirmək istəyib, lakin uğurlu əks-kəşfiyyat tədbirləri ilə Tehranın yaratdığı casus şəbəkəsi ifşa edilib.

İrana qarşı daha bir tutarlı əməliyyat Azərbaycan Dövlət Təhlükəsizliyi xidməti tərəfindən aparılıb. Bununla da İranın qurduğu casus şəbəkəsi ifşa edilib.

İranın insanlıqdan çıxmasının digər bariz nümunəsi onun Rusiyanı kamikadze dronlarla təchiz etməsidir ki, bu da Ukrayna xalqına qarşı terror kimi qiymətləndirilməlidir.

Aqil Vəlili

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir