Dövlət Departamenti: “ABŞ NATO müttəfiqlərinin yanında olmağa hazırdır”

Dünya

ABŞ-a Polşada baş verənləri anlamaq üçün vaxt lazımdır.

Bunu çərşənbə axşamı keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib.

“Polşadan gələn xəbərlər son dərəcə narahatlıq doğurur. Lakin ABŞ vəziyyəti gərginləşdirməyə çalışmır”, – deyə Dövlət Departamentinin rəsmisi bəyan edib.

O, həmçinin, bildirib ki, ölkəsi NATO müttəfiqlərinin yanında olmağa hazırdır, lakin hələ hipotetik ssenariləri müzakirə etmək istəmir.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir