Noyabrın 15-də Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib ki, Norveç hökuməti F-35 qırıcıları üçün ABŞ-dan 500 milyon dollarlıq hava-hava tipli AMRAAM-D raketləri alıb.
“Bu, həm Norveçin müdafiə qabiliyyətinin artırılması, həm də Norveç-Amerika əməkdaşlığı üçün çox mühüm addımdır”, – Qram deyib.
Onun sözlərinə görə, hazırkı qeyri-sabit təhlükəsizlik şəraitində belə razılaşmalar çox vacibdir.
Qeyd olunur ki, raketlər 2028-ci ilədək Norveçə çatdırılacaq.
Mənbə: TASS
www.102info.az