ABŞ-nin keçmiş prezidenti Donald Tramp Floridada tərəfdarlarına xüsusi müraciəti zamanı 2024-cü ildə keçiriləcək prezident seçkisində namizədliyini yenidən irəli sürəcəyini şəxsən açıqlayıb.
O deyib ki, bu qərarı “ABŞ-ni yenidən nəhəng etmək” üçün verib.
“Səslərinizi, dəstəyinizi, dostluğunuzu və dualarınızı istəyirəm. Bu, inanılmaz, lakin təhlükəli macəra olacaq”, – deyə o əlavə edib.
Mənbə: TASS
www.102info.az