ABŞ İran dronlarının istehsalı və tədarükünə cavabdeh bütün beynəlxalq şirkətlərə sanksiyalar tətbiq etdi

Dünya

ABŞ Maliyyə Nazirliyi İrandan Rusiyaya tədarük olunan pilotsuz təyyarələrin istehsalı və nəqli  ilə bağlı olan şirkətlərə qarşı sanksiyalar tətbiq edib.

Ukraynaya qarşı müharibə üçün dronların alınması və istifadəsi ilə məşğul olan “Vaqner” özəl hərbi şirkətinə qarşı da sanksiyalar tətbiq edilib.

Bu barədə Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarova “Facebook” hesabında məlumat verib.

“Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC – Office of Foreign Assets Control) İran dron istehsalçılarına sanksiya tətbiq edib. Sanksiyalar siyahısına dron istehsalçısı “Shahed Aviation Industries Research Center”, Rusiyaya pilotsuz təyyarələrin göndərilməsi ilə məşğul olan şirkətlər “Success Aviation Services FZC” və “i Jet Global DMCC”, Ukraynaya qarşı dronların alınması və istifadəsi ilə məşğul olan “Vaqner” özəl hərbi şirkəti daxil edilib”, – deyə o qeyd edib.

Eyni zamanda səfir vurğulayıb ki, dronların istehsalından tutmuş alınmasına və istifadəsinə qədər bütün proses zəncirinə sanksiyaların şamil olunması vacibdir.  

Markarova bildirib ki, sanksiyalar Rusiya Federasiyasına dronların ötürülməsi ilə məşğul olan bütün beynəlxalq şirkətlərə şamil edilir.

“Və çox vacib olan əlavə məqam da odur ki, ABŞ Maliyyə Nazirliyi və ABŞ Ticarət Departamenti açıqlama verdi – şirkətlərə bu növ qeyri-qanuni fəaliyyətlə məşğul olmamaq üçün xəbərdarlıq edildi”, – deyə Markarova vurğulayıb.

O, tərəfdaşlara Putinin hərbi maşınının potensialının azaldılmasında dəstəyə görə təşəkkür edib.

Mənbə: UNIAN

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir