Estoniyanın Baş naziri Kaya Kallas hökumətin dünən Polşaya düşən raketlə bağlı təcili iclas keçirəcəyini açıqlayıb.
Kallas “Twitter” hesabından verdiyi açıqlamada Polşada baş verən hadisənin narahatlıq doğurduğunu bildirib.
O, Polşa ilə yaxın təmasda olduqlarını qeyd edib:
“Bu həyəcanverici hadisəni müzakirə etmək üçün bu gün kabinet üzvləri ilə təcili iclas keçirəcəyəm. Estoniyadan Polşaya tam həmrəylik və dəstək var”.
Xatırladaq ki, dünən Polşanın Ukrayna ilə sərhədində yerləşən ərazisinə naməlum raketlərin düşməsi nəticəsində iki nəfər ölüb.
www.102info.az