Ukrayna qaranlığa qərq oldu – VİDEO

Dünya

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Ukrayna yenidən kütləvi raket hücumlarına məruz qalıb.

“Atılan raketlər Kiyev, Jitomir, Xmelnitski və Lvovda əsasən enerji infrastrukturlarını zədələyib. Raketlərdən ikisi Polşa ərazisinə düşüb. Nəticədə, 2 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb”, – deyə məlumatda bildirilir.

Raket zərbələri səbəbindən Kiyev də daxil olmaqla, Ukraynanın mərkəzi və şimal-şərq ərazilərində elektrikin verilməsində uzunmüddətli fasilələr yaranıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir