İspaniya hər il yüzlərlə Ukrayna əsgərinə təlim keçməyi təklif etdi

Dünya

“İspaniyanın Avropa İttifaqının yeni təsdiq edilmiş missiyası çərçivəsində bir ildə 2 400 Ukrayna əsgərinə təlim keçmək imkanı var”.

Bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles bildirib.

“Biz iki aydan bir ümumilikdə 400 əsgərin hazırlanmasını təklif edirik. Demək istərdim ki, ildə təxminən 2 400 əsgərə təlim keçmək potensialımız var. Bu təklif bizim malik olduğumuz ümumi potensialdır”, – deyə Robles qeyd edib.

Bu məqsədlə Toledodakı İspaniya hərbi akademiyası elə uyğunlaşdırılıb ki, ukraynalı əsgərlər öz təlim tapşırıqlarını yerinə yetirmək üçün müvafiq yaşayış şəraitinə malik olsunlar.

Nazir həmçinin əlavə edib ki, hazırda İspaniyada ümumilikdə 112 ukraynalı hərbçi hazırlanır.

Mənbə: Euractiv.com

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir