Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod”da yanğın başlayıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.
Bildirilir ki, hazırda ərazidə təxliyə işləri aparılır.
Hadisə yerində 20-dən çox yanğınsöndürmə briqadası işləyir.
Qeyd edək ki, 40 hektardan çox ərazini əhatə edən “Sadovod” bazarı Azərbaycan əsilli yəhudi iş adamları Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur.
Mənbə: TASS
www.102info.az