Meksikanın Aquaskalientes əyalətində cümə axşamı qəzaya uğrayan regional polisə məxsus helikopterdə 5 nəfər olub.
Məlumata görə, onların hamısı ölüb.
Bu barədə qubernator Mariya Ximenez ictimaiyyətə açıqlamasında bildirib.
“Təəssüf ki, heç kim sağ qalmayıb. Dövlət İctimai Təhlükəsizlik İdarəsinin rəhbəri Porfirio Mendozanın ölümü də təsdiqlənib”, – deyə o vurğulayıb.
Qəzanın mümkün səbəbləri barədə məlumat hələlik açıqlanmayıb.
Dövlət Prokurorluğu və Federal Aviasiya Administrasiyası faciənin səbəblərini araşdırır.
Mənbə: Haber Global
www.102info.az