13 yaşında “Osvensim” əsir düşərgəsindən sağ çıxan məşhur aktyor vəfat etdi – FOTO

Dünya

Məşhur amerikalı aktyor Robert Klari vəfat edib.

13 bacı-qardaşı və valideynlərinin qaz kameralarında qətlə yetirildiyi “Osvensim” əsir düşərgəsindən sağ çıxan aktyor 96 yaşında Los-Ancelesdə öz evində vəfat edib.

“Hoqanın qəhrəmanları” (“Hogan’s Heroes”) filmi ilə yadda qalan Klari serialda Louis LeBeau obrazını canlandırıb. 1965-1971-ci illərdə 6 mövsüm davam edən serialda nasist düşərgəsindəki amerikalı hərbi əsirlərin həyatından bəhs edilir. Serialın əsas heyətindən sağ qalan sonuncu aktyor Robert Klari idi.

Klari ortodoks yəhudi ailəsində doğulan 14 uşaqdan biridir. İkinci Dünya müharibəsi zamanı nasistlər tərəfindən ailəsi ilə birlikdə “Osvensim” düşərgəsinə göndərilib. Anası, atası və bacı-qardaşları qaz kameralarında öldürülən Klari 31 aydan sonra Auşvitz düşərgəsindən sağ olaraq çıxmağı bacarıb. Bütün ailəsini itirən məşhur aktyor ilk əvvəl Fransaya gedib, 1949-cu ildə isə Los-Ancelesə mühacirət edib.

Aktyorluq karyerası ərzində yaşadığı bu dəhşətli hadisələrdən danışmağa ehtiyat edən Klari 2015-ci ildə bununla bağlı müsahibə verib və Auşvitsdəki bütün yaşadıqlarını nəql edib.

Klari “On hündür kişi” (“Ten Tall Men”) və “Dəməşqin oğrusu” (“Thief of Damascus”) kimi filmlərdə də rol alıb. Eyni zamanda “Broadway”da iştirak edib.

Aktyor həmçinin “Həyatımızın günləri” (“Days of Our Lives”) və “Gənc və narahat” (“Young and the Restless”) televiziya filmlərində çıxış edib. Həmçinin bir neçə caz albomu da buraxıb.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir