“Titanik” sərnişininin cib saatı hərracda 118 min dollara satılacaq. Saat sahibinin gəmi ilə birlikdə batdığı anda dayanıb.
Əşya Oskar Vudiyə məxsus olub. Onun cəsədi faciədən on gün sonra suyun üzünə çıxıb və şəxsi əşyaları ilə birgə ailəsinə təhvil verilib.
Vudi “Titanik”də poçt müdiri vəzifəsində çalışıb. Layner batmağa başlayanda o və dörd həmkarı yüzlərlə poçt çantasını yuxarı göyərtələrə daşıyaraq xilas etməyə çalışıblar.
Oskarın dul həyat yoldaşı saatı Vudinin üzvü olduğu Mason Lojasına verib. Oradan isə artefakt onu satmaq qərarına gələn şəxsi kolleksiyaçıya çatıb.
Mənbə: gazeta.ru
www.102info.az