Kosmik teleskop ulduzun doğulmasını qeydə alıb

Dünya

Ceyms Uebb teleskopu ulduzun doğulmasını əks etdirən unikal kadrları qeydə alıb.

NASA tərəfindən yayımlanan görüntü yeni səma cisminin əmələ gəlməsini göstərir.

Yeni doğulmuş ulduz sıx dumanın arxasında gizlənir. Bu, qaz və tozdan ibarət qaranlıq bir buluddur. Şəkildə yeni ulduz kosmik “qum saatı”nın ortasındadır.

L1527 adı verilən səma cismi Buğa molekulyar buludunda yerləşir. Bu gənc ulduzun cəmi 100 min yaşı var. Kosmos standartlarına görə bu, çox azdır. Tam hüquqlu bir ulduza çevrilməzdən əvvəl protostar, əmələ gəldiyi buluddan gələn qaz və tozla əhatə olunmağa davam edəcək.

Mənbə: rbc.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir