Türkiyə dekabrın 1-dən Bosfor və Çanaqqala boğazlarından keçən tankerlərdən sığorta sənədi tələb etməyi planlaşdırır.
Bu barədə ölkənin Nəqliyyat Nazirliyinə istinadən məlumat yayılıb.
Məlumata görə, boğazlar vasitəsilə neft daşıyan gəmilərdən sığorta şirkətindən məktub təqdim etmələri tələb olunacaq. Məktubda sığortanın konkret olaraq bu yükə və reysə şamil olunduğu yazılmalıdır.
Qeyd edək ki, sığortanın təmin edilməsi tələbi Avropada anti-Rusiya sanksiyalarının qüvvəyə minməsinə bir neçə gün qalmış tətbiq edilir.
Mənbə: 1prime.ru
www.102info.az