Braziliyada özünü hamilə kimi göstərən qadının qarnına bağladığı qarpız qabığının içindən narkotik çıxıb.
San Paulo şəhərində narkotik qaçaqmalçılığı ilə məşğul olan qadın ölkənin ən böyük ikinci şəhəri Rio de Janeyroya gedən bir avtobusa minərkən sərnişinlərin diqqətini çəkib.
Sərnişinlər qadından şübhələnərək polisə xəbər verib və keçirilən əməliyyat zamanı qadının qarnındakı qarpız qabığından ağırlığı 2 kiloqram olan 4 paket narkotik maddə çıxıb.
Qeyd edək ki, sözügedən qadının daha əvvəl də bu yolla kilolarca narkotik maddə keçirdiyi məlum olub.
