KXDR Koreya yarımadasının şərqinə uzaqmənzilli ballistik raket buraxıb.
Bu barədə Koreya Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat verib.
Hərbçilərin fikrincə, bu, qitələrarası ballistik raket olub. Hazırda ekspertlər onun uçuş məsafəsini, hündürlük və sürət kimi parametrlərini təhlil edirlər.
KXDR-in raket buraxması faktını Yaponiya Müdafiə Nazirliyi də təsdiqləyib. Hərbçilər buraxılışın yerli vaxtla təxminən 10:14-də (Bakı vaxtı ilə 05:14 – red.) olduğunu bildiriblər. Departament raketin qitələrarası olduğunu düşünür və hazırda məlumatları təhlil edir. Yaponiya Müdafiə Nazirliyi onun ölkənin müstəsna iqtisadi zonasına düşə biləcəyini istisna etmir. Hökumət operativ qərargahı toplayıb.
Xatırladaq ki, Şimali Koreya ardıcıl ikinci gündür ki, ballistik raket atır: Dünən Yapon dənizi istiqamətinə atılan yaxınmənzilli raket Koreya yarımadasının şərq sahillərinə düşmüşdü. Cənubi Koreya ordusunun məlumatına görə, o, maksimum 45 km yüksəklikdə təxminən 240 km uçub.
Qeyd edək ki, bu, KXDR tərəfindən ilin əvvəlindən bəri 34-cü raket buraxılışıdır.
Mənbə: RBK
www.102info.az