“Twitter” sosial şəbəkəsinin aktiv istifadəçilərinin sayı yenidən rekord həddə çatıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə amerikalı milyarder İlon Mask özünün “Twitter” hesabında xəbər verib.
“Və… biz bu dəqiqə etibarilə “Twitter” istifadəçilərinin sayına görə rekord qırdıq”, – sahibkar öz səhifəsində yazıb.
And … we just hit another all-time high in Twitter usage lol
— Elon Musk (@elonmusk) November 18, 2022
Mask əvvəlki rekordu noyabrın 11-də elan etmişdi.
Amma hər iki halda istifadəçilərin dəqiq sayı açıqlanmayıb.
Noyabrın 7-də “The Verge” internet portalı daxili “Twitter” sənədinə istinadən yazıb ki, sosial şəbəkədən pul qazanan istifadəçilərin sayında gündəlik artım Maskın rəhbərliyinin ilk həftəsində rekord həddə çatıb; pul qazanan istifadəçilərin sayında gündəlik artım 20% artıb.
www.102info.az