Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, son kütləvi raket zərbələrindən sonra Ukraynanın qərb bölgələrində də enerji böhranı yaşanır.
Məlumata görə, qışda Ukraynanın Avropa ilə sərhəd şəhərlərində əhalinin təxliyə olunacağı ehtimal edilir.
“İvano-Frankovskun meri bəyanat verib ki, şəhər sakinləri qışda şəhəri tərk edə bilərlər”, – deyə jurnalist qeyd edib.
O da bildirilib ki, Ukraynanın cənub bölgəsində isə su böhranı davam edir. Cənub vilayətlərinin rəhbərliyi yaxın həftələrdə problemi aradan qaldırmağa söz verib.
www.102info.az