Ukrayna Çernobıl AES-də baş vermiş qəza barədə arxiv sənədlərinin üzərindən məxfilik qadağasını götürüb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilir ki, stansiyada 1986-cı ilin aprelinə qədər də qəzalar baş verib, lakin bunlar ictimaiyyətə açıqlanmayıb. 1971-1981-ci illər arasında stansiyada ümumilikdə 29 qəza baş verib. Bunlardan səkkizinə şəxsi heyətin səhvləri səbəb olub.
Sənədlər arasında, həmçinin, 26 aprel gecəsinə dair telefon danışıqlarının səsyazmaları, baş verənlər haqqında ilk məlumat, araşdırmanın başladılması və sarkofaq tikilməsinə dair qərar var.