Mixail Saakaşvili zəhərlənib

Dünya

Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvili zəhərlənib.

Bu barədə sabiq prezidentin vəkili Valeri Gelbaxiani xarici ekspertlərin rəyi əsasında bildirib. 

“Mən onun zəhərlənməsi faktını təsdiqləyirəm”, – deyə Gelbaxiani əlavə edib.

O zəhərlənmənin  hansı maddələrdən baş verməsinə dair araşdırmaların davam etdiyini vurğulayıb. 

Vəkil həmçinin zəhərlənmənin civə, barium və kalium kimi zəhərli maddələrdən baş verə biləcəyi haqqında məlumatlar olduğunu qeyd edib:

“Bu barədə ətraflı brifinqimiz olacaq”, – deyə Gelbaxiani sözlərini yekunlaşdırıb.

Mənbə: apsny.ge

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir