“İran hökuməti tərəfindən xüsusilə Məhabad şəhərində etirazçılara qarşı zorakılığın artması ilə bağlı xəbərlərdən son dərəcə narahatıq”.
Bunu ABŞ Dövlət katibi Antoni Blinken İranın rejim qüvvələrinin Qərbi Azərbaycan əyalətində nümayişçiləri dağıtmaq üçün odlu silahdan istifadəsini şərh edərkən bildirib.
O, İran xalqının yanında olduqlarını və bu işdə əli olanların məsuliyyətə cəlb olunmasına çalışmağa davam edəcəklərini vurğulayıb.
Greatly concerned that Iranian authorities are reportedly escalating violence against protesters, particularly in the city of Mahabad. We continue to pursue accountability for those involved, as we support the Iranian people.
— Secretary Antony Blinken (@SecBlinken) November 20, 2022
Xatırladaq ki, noyabrın 19-da Məhabad şəhərində (keçmiş adı Soyuqbulaq) keçirilən aksiyada polislərlə nümayişçilər arasında qarşıdurma yaşanıb. Etirazçılar hakimiyyət əleyhinə şüarlar səsləndirib, bəzi küçələri kərpic və daşla bağlayıblar. Rejim qüvvələri etirazçıları dağıtmağa çalışaraq odlu silahdan atəş açıblar, bəzi yerlərdə partlayış səsləri eşidilib.
www.102info.az