İndoneziyada güclü zəlzələ: Onlarla insan həyatını itirdi – VİDEO

Dünya

İndoneziyanın Yava adasında 5,1 bal gücündə baş verən zəlzələ nəticəsində 44 nəfər həlak olub.

Yeraltı təkanlar nəticəsində 300 nəfər yaralanıb.

Həyatını itirənlər Qərbi Yava əyalətinin Çianjur rayonunun sakinləridir.

Yeddi yaşayış binasına, o cümlədən məktəb, xəstəxana və bir neçə inzibati binaya ziyan dəyib.

Ocağı 5 km dərinlikdə olan zəlzələnin episentri paytaxt Cakartadan 74 km cənub-şərqdə yerləşib.

Mənbə: AFP

www.102info.az

Spread the love