İran geri addım atdı – VİDEO

Dünya

“Əgər Azərbaycan bir gün hansısa xarici ölkənin hücumuna məruz qalarsa, İran dəstək üçün Azərbaycanın yanında olacaq. Azərbaycan xalqı bizim gözümüzün nurudur”.

İran ali dini rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin bu açıqlaması iki ölkə arasında gərginliyin yaranmasının səbəbkarının məhz İran olduğunun və rejimin öz səhvini başa düşdüyünün bariz nümunəsidir. Tehran rejiminin Ermənistanı dəstəkləyən açıqlamaları, İrəvana yüksək səviyyəli səfərlər və Azərbaycana hərbi hücumu özündə ehtiva edən hərbi təlimlərin ölkəmizin sərhədləri yaxınlığında keçirilməsi məhz İranın avantürist addımları idi ki, iki ölkə arasında gərginliyin yüksəlməsinə səbəb olmuşdu. 

İran rəsmisinin açıqlamasından aydın olur ki, Tehran rejiminin quyruğu qapı arasında qaldığından belə bir açıqlamaya ehtiyac duyub. Yəni İran gərginlikdə maraqlı tərəf olduğunu, lakin bunun özü üçün heç də yaxşı nəticələr vəd etmədiyini gec də olsa başa düşüb. Xüsusən də bu məsələdə güneyli soydaşlarımızın ayaqlanması və Cənubi Azərbaycanın əsas şəhərlərində Prezident İlham Əliyevin şəkillərinin divarlara vurulması, görünür, İranın “U” dönüşü etməsinə gətirib çıxarıb.

Politoloq Anar Əliyev qeyd edib ki, Əli Əkbər Vilayətinin açıqlaması mövcud rejimin gələcəyi ilə bağlı ciddi təhlükələrin yaranması qarşısında İranın riyakar rəhbərliyinin qorxaqlığı kimi qiymətləndirilməlidir.

Təbii ki, Azərbaycan üçün gərginlik lazım deyil və ölkəmiz heç vaxt bu kimi avantüralarda maraqlı tərəf olmayıb. İran da mehriban qonşuluq münasibətlərini davam etdirmək, regionda sabit vəziyyət yaratmaq istəyirsə, konstruktiv mövqe nümayiş etdirməlidir.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir