Bazar ertəsi günü Kolumbiyanın şimal-qərbindəki Medellin şəhərində kiçik bir təyyarə yaşayış massivində qəzaya uğrayıb.
Bu barədə “Twitter”də şəhərin xilasetmə xidməti məlumat yayıb.
“Təyyarə Belen Rosales yaşayış massivində qəzaya uğrayıb. Hazırda yanğınsöndürənlər hadisə yerində işləyir. Hələ ki, qurbanlar barədə məlumat yoxdur”, – deyə xidmətdən bildirilib.
Qəzaya uğrayan Çoko departamentinə uçuş həyata keçirən iki mühərrikli Piper təyyarəsi olub. Onun göyərtəsində altı sərnişin və iki ekipaj üzvü var idi.
Medellin meri Daniel Kinteronun sözlərinə görə, təyyarə havaya qalxarkən mühərriklərdən biri sıradan çıxıb və o, şəhər yaxınlığındakı hava limanına qayıda bilməyib.
🚨| Cuatro máquinas con 15 unidades del Cuerpo Oficial de Bomberos Medellín apoyan las labores de atención en la emergencia presentada en Belén Rosales, donde una avioneta cayó sobre una vivienda del sector. En el sitio también se encuentran bomberos aeronáuticos. pic.twitter.com/iizTb9RurS
— DAGRD – Medellín (@DAGRDMedellin) November 21, 2022
Mənbə: TASS
www.102info.az