Dünya çempionatında canlı yayım zamanı müxbiri qarət etdilər – VİDEO

Dünya

Argentinanın “Todo Noticias” telekanalının müxbiri Dominik Metzger Qətərdə futbol üzrə dünya çempionatından canlı yayım zamanı qarət edilib.

O, turnirin ilk oyunu öncəsi Dohanın Korniş bölgəsindən yayıma çıxıb. Canlı yayım zamanı jurnalist azarkeşlərlə rəqs edib. Bundan sonra çantasında pul və sənədləri yoxa çıxıb.

Oğurluq anı kadra düşməsə də, jurnalist bunun çəkiliş zamanı baş verdiyinə əmindir.

“Yanımda bütün lazımi əşyalar olan kiçik bir çanta, pul kisəsi, hotel otağımızın açarları, bir neçə salfet var idi. Mən izdihamla rəqs edirdim və əminəm ki, o zaman kimsə çantamı açıb pul kisəmi götürüb. Veriliş bitirdikdən sonra pulqabımı götürüb bir şüşə su almaq istədim və çantada heç bir şeyin olmadığını başa düşdüm”, – deyə Metzger deyib.

O, əlavə edib ki, oğurluq barədə polisə məlumat verib.

Mənbə: lenta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir