Təl-Əviv-İstanbul reysində sərnişinləri hədələyən şəxs ələ keçdi – VİDEO

Dünya

İsraildən Türkiyəyə yollanan təyyarədə terror törədəcəyi barədə video yayan gənc saxlanılıb.

Bu barədə İsrailin hüquq mühafizə orqanlarından xəbər verilib.

Qeyd edək ki, dünən gecə Təl-Əviv – İstanbul reysində sərnişinlərə təhdid videosu göndərilib.

Görüntülərdə bir gəncin silahla atəş açması əks olunub. Video ərəb dilində “Göyərtədə ərəblər varmı?” sözləri müşayiət olunur. Kadrlar yayıldıqdan sonra reys təxirə salınıb.

Təyyarənin Türkiyənin “Pegasus Airlines” aviaşirkətinə məxsus olduğu bildirilir.

Xatırladaq ki, noyabrın 13-də İstanbulda altı nəfərin ölümü, 80-dən çox insanın yaralanması ilə nəticələnən terror aktı baş verib.

Mənbə: Ynet

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir