ABŞ-nin Virciniya ştatının Çesapik şəhərindəki “Walmart” mağazasında naməlum silahlı şəxs atəş açıb.
Bu barədə yerli polis məlumat yayıb.
Hücum edənin öldüyü ehtimal edilir. Hüquq-mühafizə orqanları bir neçə ölən və yaralanan barədə məlumat aldıqlarını bildiriblər. Qurbanların dəqiq sayı barədə məlumat yoxdur.
Eyni zamanda, ölənlərin sayının 10 nəfəri ötmədiyi bildirilir.
Mənbə: ABC
www.102info.az