Amerikalı məşhur aktrisa, prodüser və pop müğənni Cennifer Lopezin “Instagram”, “Facebook”, “Tik Tok” və “Twitter” daxil olmaqla bütün sosial media kanallarındakı profil şəkilləri birdən-birə “qaralıb”.
Həmçinin “Facebook”, “TikTok” və “Twitter”də köhnə paylaşımlar qalsa da Lopezin “Instagram” hesabı tamamilə bağlanıb.
Qeyd edək ki, təkcə bu dörd sosial media portalında Lopezin 347 milyona yaxın izləyicisi olub.
İfaçının nümayəndələri bu barədə şərh verməkdən imtina ediblər.
Bununla belə “Deadline” öz mənbələrinə istinadla xəbər verir ki, aktrisa yaxın zamanlarda yeni layihəsini açıqlayacaq.
www.102info.az