“İraq İranla sərhədə qoşun yığmağı nəzərdən keçirir”.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, İraqın mərkəzi hökuməti İranın İraq Kürdüstanındakı kürd silahlıları ilə bağlı şikayətlərini qismən həll etmək üçün Kürdüstan Regional Hökuməti (KRG) ilə məsləhətləşmələr aparır:
“İraqın Baş naziri Məhəmməd əs-Sudani bildirib ki, İraq mərkəzi hökuməti noyabrın 22-də İranın pilotsuz uçuş aparatları və İraq Kürdüstanına raket hücumlarına cavab olaraq sərhəd bölgələrinə qüvvələr yerləşdirməyi düşünür. İraq mərkəzi hökuməti və KRG rəsmiləri noyabrın 22-də İran və Türkiyənin İraq ərazisindəki hərəkətlənməsini müzakirə ediblər. İranın siyasi və təhlükəsizlik liderləri son həftələrdə İraq hakimiyyətindən İraq Kürdüstanındakı kürd yaraqlılarını tərk-silah etməyi dəfələrlə tələb ediblər”.
Məlumata görə, SEPAH komandirinin müavini, briqada generalı Əli Fədavi bildirib ki, İranda keçirilən aksiyalarda 60-a yaxın təhlükəsizlik işçisi ölüb:
“Bu, analitiklərin açıqladığı rəqəmə uyğundur. Keçmiş SEPAH Kəşfiyyat Təşkilatının rəisi Hossein Taeb Qərbi noyabrın 22-də rejimi devirmək planında ittiham edib. O, İran təhlükəsizlik strukturunda yeni yüksək vəzifə əldə etmək üçün səylərini gücləndirir”.
Həmçinin qeyd olunub ki, İran Prezidenti İbrahim Rəisi noyabrın 22-də yollar və şəhərsalma naziri Rüstəm Qaseminin istefasını qəbul edib:
“Guya buna səbəb onun səhhətinin pis olmasıdır. Qasemi son həftələrdə korrupsiya ittihamları da daxil olmaqla bir sıra ictimai mübahisələrlə üzləşib. Onun vəzifədən çıxarılmasına bu səbəb ola bilər”.
www.102info.az