Noyabrın 23-də hava hücumundan müdafiə qüvvələri Ukraynanın kütləvi atəşə tutulması zamanı 70 raketdən 51-ni məhv edib.
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Hərbçilərin məlumatına görə, işğalçılar 10 ədəd Tu-95ms təyyarəsi vasitəsilə Rostov vilayətinin Volqodonsk rayonundan və Xəzər dənizindən, həmçinin Qara dənizdən iki kiçik raket kateri vasitəsilə zərbələr endiriblər.
“Ümumilikdə, təxminən 70 ədəd X-101/X-555 Kalibr qanadlı raketləri atılıb. 51 raket hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən məhv edilib”, – məlumatda bildirilib.
Ukrayna hərbçiləri həmçinin beş ədəd “Lancet” zərbə PUA-sını zərərsizləşdiriblər.
Mənbə: rbc.ua
www.102info.az