Serbiya ilə tanınmamış Kosovo nümayəndələri avtomobil nömrələri ilə bağlı mübahisəni həll etmək üçün çərşənbə günü Brüsseldə keçirilən görüşdə razılığa gəliblər.
Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell məlumat verib.
O qeyd edib ki, Serbiya Kosovo şəhər kodları ilə nömrələrin verilməsini dayandırmağa razılaşıb, Kosovo isə Serbiya nömrələri olan avtomobilləri məcburi şəkildə yenidən qeydiyyata almaq cəhdlərini dayandıracağını vəd edib.
Mənbə: TASS
www.102info.az