Noyabrın 24-də Strasburqda keçirilən plenar iclasda Avropa Parlamenti səs çoxluğu ilə “Belarusda davam edən repressiyalar haqqında” qətnaməni qəbul edib.
Parlament Belarus ərazisindən Ukraynaya təcavüz üçün istifadəni kəskin şəkildə pisləyib və Lukaşenkoya məsuliyyətini xatırladıb.
“Lukaşenko və onunla əlaqəli şəxslər Ukraynada hərbi cinayətlərə görə eyni dərəcədə məsuliyyət daşıyırlar. Onlar beynəlxalq tribunal və Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməlidirlər.
Avropa Parlamenti Rusiyanın işğalçı müharibəsinə qarşı Ukraynanı müdafiə edən Kalinovski alayına və digər belarus könüllülərinə dəstəyini ifadə edir, Belarus demokratik müxalifətinin və vətəndaş cəmiyyətinin Belarusun işğal olunmuş və ya de-fakto işğal olunmuş ölkə kimi tanınması ilə bağlı mövqeyini təsdiqləyir, həmçinin Rusiya qoşunlarının Belarus və Ukraynadan dərhal çıxarılması ilə bağlı çağırışlarına qoşulur”, – qətnamədə deyilir.
Mənbə: cyprus-daily.news
www.102info.az