Türkiyə iyun ayında iki ölkə ilə imzalanmış memorandumda nəzərdə tutulan terrorla mübarizədə real addımları gördükdə İsveç və Finlandiyanın NATO-ya qəbulunu təsdiq edəcək.
Bu barədə cümə axşamı jurnalistlərə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik məlumat verib.
“Biz sözünün üstündə durmayan bir çox Qərb müttəfiqlərini gördük. Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasını terrorla mübarizə üçün atdıqları addımları kafi hesab etdikdə təsdiq edəcək. Biz NATO-nun genişlənməsini dəstəkləyirik”, – Çelik bildirib.
Mənbə: Haber Global
www.102info.az