Avropa Parlamenti Ukraynaya rekord məbləğdə yardımı təsdiqləyib

Dünya

Avropa Parlamenti gələn il Ukraynaya 18 milyard avro maliyyə yardımı ayrılması qərarını təsdiqləyib.

Bu barədə Avropa Parlamentinin prezidenti Roberta Metsola “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, Avropa parlamentariləri bu qərarı çox qısa müddətdə qəbul ediblər.

Ukraynaya maliyyə yardımının ayrılmasını 507 deputat dəstəkləyib, 38 deputat əleyhinə səs verib, 26 avropalı siyasətçi bitərəf qalıb. İndi qərar Aİ-yə üzv ölkələrin nümayəndələri tərəfindən təsdiqlənməlidir.

Xatırladaq ki, Avropa Komissiyası bundan əvvəl Ukraynaya 2023-cü il üçün 18 milyard avro məbləğində maliyyə yardımı paketi elan etmişdi. Proqrama əsasən, Ukrayna büdcəni dəstəkləmək üçün hər ay 1,5 milyard avro alacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir