“Hazırda təxminən 10-15 min Belarus döyüşçüsü Ukraynaya qarşı müharibədə iştirak etməyə hazırdır”.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov Rusiya-Ukrayna müharibəsi cəbhəsindəki vəziyyətlə bağlı brifinq zamanı bildirib.
“Belarus Respublikasının güc strukturlarının 10-15 minə yaxın şəxsi heyəti Rusiya Federasiyasının “xüsusi hərbi əməliyyatı”nda iştirak etməyə hazırdır”, – deyə Qromov qeyd edib.
Qromovun sözlərinə görə, onlar ilk növbədə yüksək pul mükafatına görə müharibəyə getməyə hazırdırlar.
Mənbə: UNİAN
www.102info.az