Braziliyada şəhər meri iş yerində güllələnib

Dünya

Braziliyanın Lajeadu do-Buqre şəhərinin meri Robertu Masiel duş Santuş iş yerində öldürülüb.

O, silahlı şəxs tərəfindən güllələnərək qətlə yetirilib.

Cinayətkar həmçinin şəhər administrasiyasının əməkdaşına da atəş açıb və o güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, maskalı naməlum şəxs saat 11 radələrində şəhər rəhbərinin ofisinə daxil olub və ona atəş açıb. Sonra qatil avtomobillə naməlum istiqamətdə gözdən itib.

2020-ci ildə yenidən şəhər meri seçilən məmur yerindəcə dünyasını dəyişib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir