Niderland hökuməti ölkənin quldarlıq keçmişilə əlaqədar dekabrın 19-da dünya miqyasında səkkiz müxtəlif yerdə rəsmən üzr istəyəcək.
Hökumətin yeddi naziri həmin tarixdə Niderlandın müstəmləkəsi olan Surinama və Karib hövzəsində yerləşən Aruba, Boneyr, Kürasao, Sint-Estatius, Saba və Sen-Marte adalarına gedəcək.
Nazirlər sözügedən yerlərdə ölkənin quldarlıq keçmişilə əlaqədar dövlət adından rəsmi şəkildə üzr istəyəcəklər. Baş nazir Mark Rutte də həmin gün Haaqada üzrlə bağlı açıqlama verəcək.
Hökumətin rəsmən üzr istəməsi Niderlandın kölələşdirdiyi insanların yaxınlarına birbaşa maddi təzminat ödənilməsi anlamına gəlmir. Hökumət köləlik üçün təzminat ödəmək əvəzinə bu məsələdə maarifləndirməyi artırmaq üçün 200 milyon avro həcmində büdcə ayıracaq.
Mənbə: CNN Türk
www.102info.az