Rusiya “Meta”nı ekstremist təşkilatlar reyestrinə daxil etdi

Dünya

Rusiya Ədliyyə Nazirliyi “Meta Platforms” şirkətini ekstremist təşkilatların reyestrinə daxil edib.

Bu barədə nazirliyin saytında məlumat verilib.

Ötən ay nazirliyin saytında yerləşdirilmiş ictimai birliklərin və dini qurumların siyahısına əlavələr edilib. Bu qurumlar haqqında “Ekstremist fəaliyyətə qarşı mübarizə haqqında” federal qanunda nəzərdə tutulmuş əsaslarla məhkəmə tərəfindən fəaliyyətlərinin likvidasiyası və ya qadağan edilməsi barədə yekun qərar qəbul edilib.

Bu siyahıya “Meta Platforms” da daxil edilib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir