İraqın Kərkük şəhərində gecə saatlarında başlayan aramsız leysan nəticəsində su basan evdə eyni ailədən iki uşaq həyatını itirib.
Xilasedicilərin müdaxiləsi ilə ailənin digər üzvləri xilas ediliblər.
Kərkük Meteorologiya İdarəsinin yazılı açıqlamasında gecə saatlarından başlayan yağıntının proqnozlaşdırıldığı, lakin intensivliyinin proqnozlaşdırıla bilinmədiyi qeyd edilib.
Mənbə: Anadolu
www.102info.az