Qətərdə 2022-ci il futbol üzrə dünya çempionatı oyunlarının keçirildiyi stadiondan bir neçə kilometr aralıda yanğın baş verib.
Yanğın dünya çempionatı üçün xüsusi olaraq tikilmiş eyniadlı stadionun yerləşdiyi Lusail şəhərində, tikintisi başa çatmamış binada meydana gəlib.
Nəhəng qara tüstünün əks olunduğu videonu italyan jurnalist Franko Kristofaneli öz hotel otağının pəncərəsindən lentə alıb. Məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb və tez bir zamanda yanğın lokallaşdırılıb.
Yaranan nəhəng qara tüstü buludu Dohanın mərkəzi hissəsindən müşahidə olunub. Bu zaman orada çoxlu azarkeşlərin olduğu deyilir. Lusail Dohadan təxminən 15 km məsafədədir. 2022-ci il dünya çempionatının final oyununun dekabrın 18-də “Lusail Arena”da keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bu gün “Lusail” stadionunda çempionatın qrup mərhələsinin 2-ci turunun Argentina-Meksika matçının keçirilməsi planlaşdırılır.
Mənbə: Obozrevatel.com
www.102info.az