Fransada məhbusların sayı 73 min nəfərə yaxınlaşıb ki, bu da mütləq rekorddur. Məlumata görə, azadlıqdan məhrumetmə müəssisələrində olan şəxslərin sayı tarixdə ən yüksək həddə çataraq 72,8 min nəfər təşkil edib.
Bildirlir ki, Fransada islah müəssisələri həddindən artıq doludur. Buradakı orta sıxlıq maksimum tutumun 120%-i səviyyəsindədir. Halbuki bir il əvvəl bu rəqəm 115,4% olub.
Beləliklə də, il ərzində məhbusların sayı təxminən 3 min nəfər artıb.
Eyni zamanda, yer çatışmazlığı səbəbindən təxminən 2,2 min insan döşəmədəki döşəklərdə yatmağa məcbur olur. Məhkumlar arasında qadınlar təxminən 3,5%, yetkinlik yaşına çatmayanlar 0,8% təşkil edir.
Həbsxanada olan insanların təxminən dörddə biri müttəhimlərdir, yəni hökmü gözləyirlər və buna görə də günahsız sayılırlar.
Xatırladaq ki, əvvəlki rekord 2020-ci ilin martında penitensiar sistemdə təqribən 72,5 min nəfərin olduğu vaxt qeydə alınıb.
Mənbə: TASS
www.102info.az